Orta statistik məlumata görə, hər gün Azərbaycanda 440 körpə dünyaya gəlir. Dövlətin onlara qayğısı bəs hansı səviyyədədir?
ANN.TV-nin araşdırdığı "Süd pulu" mövzusu dövlətin körpələrə qayğısının olub-olmamasına həsr olunub. Çünki əksər ölkələrdə, eləcə də sovet dövründə ana dünyaya gətirdiyi övladı üçün həm birdəfəlik müavinət alır, həm də uşaq 18 yaşına çatana qədər aylıq "uşaq pulu" alırdı. Yaxud, Küveyt kimi varlı ölkələrdə hər doğulan körpənin adına bank hesabının açılması, aylıq olaraq onun adına hesaba pul köçürülməsi haqqında fikirlər də səsləndirilir.
Bəs bu baxımdan Azərbaycanda vəziyyət necədir?
Araşdırmalar göstərir ki, hazırda uşağa qayğı, doğulan körpələrə müavinət məsələsində ölkəmiz digər MDB ölkələrindən geridə qalır. Bəs görəsən, Azərbaycan dövləti hər doğulan körpəsinə nə qədər "süd pulu" verir?
ANN.TV-nin əməkdaşları bu problemin şərhi üçün hüquqşünas Anar Qasimli ilə görüşüb. Anar bəy mövzu barədə ümumi məlumat verib.
Daha sonra əməkdaşlarımız paytaxt sakinlərinin fikirlərini də öyrəniblər.
Hazırladılar:
Rusif Hüseynov
Şahpəri Abbasova
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !