OBYEKTİVDƏ: "BOMJ" ların qayğısına kim qalmalıdır: cəmiyyət, yoxsa hökumət? - ANN.TV

16:52 | 14.08.2015
OBYEKTİVDƏ:

OBYEKTİVDƏ: "BOMJ" ların qayğısına kim qalmalıdır: cəmiyyət, yoxsa hökumət? - ANN.TV

Tüfeyli həyat tərzini seçənlər üçün cəmiyyətin hansı quruluşda olmasının heç bir fərqi yoxdur - kapitalist ölkələrinin də "BOMJ"ları var, sosialist ölkələrinin də, özünü ən demokratik dövlət sayanların da...

Harda gəldi gecələyən, üst-başlarından it hürkən bu adamlar vaxtilə normal həyat sürüblər və ən müxtəlif səbəblərdən ailələrini tərk edib küçələrə düşüblər. Bəzilərindən ailələri imtina etsə də, əksəriyyəti ailə üzvləri ilə özləri əlaqələri kəsib, dəfələrlə geri dönmək təklifləri alsalar da, küçələrdə qalmağı, zibilliklərdən qida toplamağı, şüşə, kauçuk qablar toplayıb satmaqla özlərini dolandırıblar. 

Onlar öləndə belə kimsəzilər qəbirstanlığında dəfn olunurlar, amma o vaxta qədər cəmiyyət fərdi olaraq aramızda yaşayırlar. Amma necə? 

ANN.TV-nin çəkiliş qrupunun araşdırdığı növbəti mövzu buna həsr olunub. "BOMJ"ların qayğısına kim qalmalıdır: cəmiyyət, yoxsa hökumət?

Video-süjetə baxa bilərsiniz.

Müəlliflər: Aynur Məmmədova
Rusif Hüseynov

 
 
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb