Qarabağda mina problemi dünyanın problemidir - Bahar Muradova

16:38 | 01.05.2024
Qarabağda mina problemi dünyanın problemidir - Bahar Muradova

Qarabağda mina problemi dünyanın problemidir - Bahar Muradova

Hazırda Azərbaycanla Ermənistanın sülh prosesini müzakirə etdiyi bir zamanda Qarabağda mina probleminin olması dünya üçün qara ləkədir. Bunu  Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
 
o bildirib ki, bu məsələ hazırda təhlükəsizlik baxımından çox önəmlidir. 
 
Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Ermənistanı mina xəritələrinin təqdim olunmasına və bu istiqamətdə tədbirlər görülməsinə çağırıb. 
 
Bir müddət əvvəl Ombudsman Səbinə Əliyeva da beynəlxalq ictimaiyyəti Ermənistana mina xəritələrin verilməsi üçün təziq etməyə dəvət edib. 
 
Bundan əvvəl Ermənistan  beynəlxalq ictimaiyyətin iştirakı ilə mina xəritələrini Azərbaycana verə bilər.

Azərbaycan ərazilərin minalanmasına görə dünyada ilk 10-luqda, Avropada isə ilk 3-lükdə qərarlaşıb. 
 
Mayın sonunda Zəngilanda və Bakıda "Minaların ətraf mühitə təsirinin azaldılması - Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfrans keçirilməsi gözlənilir.
 
İkinci Qarabağ Müharibəsindən sonra 350 nəfər mina qurbanı olub. 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb