AzVision.az-ın məlumatına görə, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan "Regnum” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hər iki ölkənin baş qərargahları Ermənistana qarşı müharibə elan olunacağı təqdirdə necə birgə hərəkət edəcəklərinə dair operativ planlaşdırma keçirir: "Ümumilikdə Ermənistana qarşı müharibə olacağı təqdirdə Ermənistan və Rusiya arasında 29.08.1997-ci ildə imzalanan dostluq, əməkdaşlıq və qarşılıqlı kömək, 16 mart 1995-ci ildə Rusiya bazasının Ermənistanda yerləşdirilməsi və 15.05.1992-ci ildə imzalanan kollektiv təhlükəsizlik sazişlərinin şərtlərində göstərildiyi öhdəliklərə uyğun olaraq Rusiya bizim ölkəmizi qoruyacaq”.
Erməni nazir Rusiyanın Azərbaycana silah satmasını da şərh edib: "Biz anlayarıq ki, hər bir suveren dövlətin silah satmaq hüququ var. Lakin strateji tərəfdaşın maraqları və narahatlıqları da nəzərə alınmalıdır. Ümid edirəm ki, bizim rusiyalı tərəfdaşlarımız Azərbaycanla olan hərbi-texniki əməkdaşlığın inkişafını diqqətlə izləyirlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !