• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Okeanlarda “Wi-Fi” olacaq

Okeanlarda “Wi-Fi” olacaq
11.11.2014 14:49

Bu həftə dünyanın nəhəng “Carnival Corporation” səyahətlər operatoru şirkətə məxsus bütün gəmilərdə (101 ədəd) işləyəcək ilk “WiFi@Sea” hibrid simsiz şəbəkənin istifadəyə verilməsini açıqlayıb. 

ANN.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gəmilərin hamısı “WiFi@Sea” sisteminin gəmilərin marşrutu üzrə quraşdırılan və 65 km məsafədə işləyən sahil yaxınlığındakı antena şəbəkələrinin ümumi “backbone” xəttinə qoşulacaq. 

Qeyd olunur ki, gəmi limana daxil olan zaman orada yerli genişzolaqlı kanala qoşulacaq, sahil antenalarının əhatə zonasından uzaqda olanda isə peyklə işləyə biləcək. Bu isə o deməkdir ki, Karib dənizi ilə beşgünlük səyahət ərzində turist smartfonundan ayrı düşməyəcək.  

“Carnival Corporation” bəyan edib ki, yeni məlumat ötürmə sisteminin buraxılış qabiliyyəti əvvəlki şəbəkəyə nisbətdə xeyli yüksəkdir.

“WiFi@Sea” şəbəkəsinin sınaqları il yarımdır davam edir. Sistemin Karib dənizində bu ilin qışında, Alyaskada 2015-ci ilin yazında, Aralıq və Baltik dənizlərində, Qərbi Avropa və Asiyada 2015-2016-cı illərdə istifadəyə veriləcəyi gözlənilir.

Sərnişinlərin internetə çıxışı ödənişli olmaqla tariflər gəmilərdə müxtəlif olacaq. Hazırda qoşulma üçün tipik ödəniş 3,95 dollar, 1 dəqiqəlik istifadə üçün 0,75 dollar təşkil edir. 100 dəqiqəlik paketin qiyməti 55 dollara, 250 dəqiqəliyin 100 dollara bərabərdir.

“WiFi@Sea” antenalarının istifadəyə verilməsi ilə bu növ xidmətlərin ucuzlaşacağı gözlənilir, - “Xaker” yazır. 

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hakan Fidan Sergey Lavrov ilə görüşüb
Dünya 20:40
Hakan Fidan Sergey Lavrov ilə görüşüb
Rusiyada kafeyə qumbara atılıb - Ölən və yaralananlar var
Dünya 20:01
Rusiyada kafeyə qumbara atılıb - Ölən və yaralananlar var
Türkiyədə meşə yanır
Dünya 19:59
Türkiyədə meşə yanır
İran ABŞ Prezidentinə qarşı mümkün sui-qəsd cəhdləri ilə əlaqəsini rədd edib
Dünya 16:53
İran ABŞ Prezidentinə qarşı mümkün sui-qəsd cəhdləri ilə əlaqəsini rədd edib
Ermənistanda yeni həbslər – müxalifət liderləri saxlanılıb
Dünya 14:20
Ermənistanda yeni həbslər – müxalifət liderləri saxlanılıb
Россия атаковала Сумскую область
Dünya 10:40
Россия атаковала Сумскую область
Polşa Almaniya ilə sərhəddə müvəqqəti sərhəd nəzarətinə başlayıb
Dünya 10:25
Polşa Almaniya ilə sərhəddə müvəqqəti sərhəd nəzarətinə başlayıb
Türkiyədə jurnalist Timur Soykan sərbəst buraxılıb
Dünya 07:55
Türkiyədə jurnalist Timur Soykan sərbəst buraxılıb
Rusiya Sumi vilayətinə pilotsuz zərbə endirib: 2 mülki şəxs həlak olub
Dünya 07:22
Rusiya Sumi vilayətinə pilotsuz zərbə endirib: 2 mülki şəxs həlak olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol