Oksford küçəsində gəzinti - REPORTAJ

09:54 | 02.05.2015
Oksford küçəsində gəzinti  - REPORTAJ

Oksford küçəsində gəzinti - REPORTAJ

Rüstəm Qasımov 

London və alış-veriş sözləri çoxdan sinonim kimi istifadə edilir, çünki London nəsə almaq üçün ideal şəhərdir. Burada bütün məşhur firmaların mağazası var və siz buradan ürəyiniz istəyəni ala bilərsiniz. Böyük ticarət mərkəzlərinə gedib, yorulana qədər orada gəzə bilərsiniz. Əgər idman malları almaq istəyirsinizsə, o zaman «Sports Direct» mağazasına baş çəkə və xoşunuza gələn firmaların mallarını ala bilərsiniz.  Bundan başqa ixtisaslaşmış mağazalar da var: «Puma», «Nike», «Adidas» və s.     

Amma bu gün biz sizinlə Londonun ən qaynar küçələrindən birinə səfər edəcəyik. Bu küçənin adı "Oksford street” adlanır. Əsrin əvvələrində bu küçə Londonun adi boz rayonlarından heç nə ilə fərqlənmirdi. Amma orada ən böyük univermaqlardan biri açıldıqdan sonra bu küçə təməldən öz üzünü dəyişdi. Amma bu haqda daha sonra. İndi baxaq görək, bu küçə necə bir görüntüyə sahibdir. Yeri gəlmişkən, bu küçə Mərmər Arkadan başlayır. 


Səhər saatları alış-veriş üçün uyğun zaman sayılmasa da, küçə insan ilə doludur. Şəkildən göründüyü kimi küçə, turistlərin sevimli suvenir mağazalarından başlayır. Gəlin, biz də 50 faiz  endirim edən bu mağazaya baş çəkək.
 

Burada sizin zövq və cibinizə uyğun suvenirlər var. Satıcı (suvenir mağazalarının əksəriyyətində satıcılar pakistanlı və hindistanlı idilər) ilə danışdıqdan sonra məlum oldu ki, əsas alınan mallar Londonun şəkili olan boşqablardır. 


Bundan başqa, London avtobuslarının kiçik oyuncaqları və  üzərində «Big Ben», «London Eye» yazılmış çay paketləri də çox satılan suvenirlərdən idi. 


Burada böyük miqdarda maşın kolleksiyaları var idi. Məsələn, bütün dünyada məşhur qara London keblərini bir neçə qəpiyə almaq olardı. Maraqlıdır ki, bu suvenirləri əsasən londonlular düzəldir, çünki onlar Londonu əllərinin içi kimi tanıyırlar. Bundan başqa siz iki mərtəbəli avtobusları və ingilislərin "Mini cooper”lərini də suvenir kimi ala bilərsiniz. 


Fincanlar da gözəl görünür. 


Burada futbol gödəkçələri də boldur və qiymətləri normaldır. Yaxşı olardı ki, onlardan alarkən bir neçəsini alasınız ki, endirim etsinlər. 


Amma ən ucuz məhsul breloklardır. Onların dəyəri cəmi bir funt-sterlinqdir. Aksessuarlar doğrudan da çoxçeşidlidir və seçim etmək asan deyil. 


Bir az irəlidə daha bir suvenir mağazası var. 


İrəli gedək. Qarşımızda ətriyyat mağazası görsənir və siz orada istənilən növ ətir əldə edə bilərsiniz. Amma Londonun "duty free”lərində qiymətlər daha ucuzdur.  Məsələhət: əgər siz həqiqi fransız ətiri almaq istəyirsinizsə, o zaman bunu "duty free”lərdə etməyiniz məsləhətdir, çünki Londonda fransız ətiri satan cəmi üç mağaza var. Keyfiyyət heç mübahisə olunmur və qiymət nisbətən ucuzdur. Şəxsi təcrübəm əsasında bunları sizə dedim. 


Burada dünyanın dövriyyəsinə görə, ən böyük mobil operatoru olan «Vodafone Group plc» mağazası yerləşir. 


Britaniyanın ən böyük paltar mağazası şəbəkələrindən biri  «Marks & Spencer»dir. Onun 885 mağazası var ki, onlardan 600-ü Böyük Britaniyada, qalan 225-i müxtəlif ölkələrdə yerləşir.  Burada qadın, kişi və uşaqlar üçün paltar satan çoxlu sayda mağazalar var. Onlardan biri  «Primark»dır. Bu mağazaya Britaniyanın digər yerlərində də rast gəlmək mümkündür. Bu mağazanın özəlliyi budur ki, o heç zaman boş olmur. Yeri gəlmişkən, bu mağaza normal qiymətləri ilə digərlərindən seçilir. Mağazada 15 kassa olmasına baxmayaraq, siz növbədə gözləməli olacaqsınız. 


İndi isə biz "Oksford street”i kardinal şəkildə dəyişən univermağa gəlib çıxdıq. Burada səs-küylü «Apple Watch» mağazası var. 

 

Beləliklə, biz sizinlə dünyaca məşhur  «Selfridge & Co» univermağına gəlib çıxdıq. Bu univermaq xarici görünüşcə insanda dərin təəsürat oyadır. Təəsəvür edin ki, daxilində nələr var. 




İndi isə, bir az tarixə ekskursiya edək. Bu mağaza 1909-cu ildə amerikalı biznesmen Harri Qordon  tərəfindən «Selfridge & Co» adı altında açılıb.  "Müştəri həmişə haqlıdır” cümləsi də ona məxsusdur. Deyilənə görə, Londonda tətildə olan vaxt Harri diqqət edir ki, Britaniyada böyük univermaqlar Amerikadan fərqli olaraq çox darıxdırıcı formada işləyirlər.  Bu zaman onun ağlına ideya gəlir ki, səkkiz mərtəbəli univermağı neoklassik stildə inşa etsin. Univermağın açılışında o çoxlu sayda reklamdan istifadə edir, çünki Harri mətbuatda gedən reklama çox diqqət edirdi. Univermağın telefon nömrəsi 1 idi, çünki bu ən asan yadda qalan rəqəm idi. Qeyd edək ki, mağaza açılanda bura gələn ilk müştərilərə  «Selfridge & Co» tərəfindən gümüş  açar verilirmiş. Univermaq indiki xarici görünüşünü 1929-cu ildə qazanıb. 


 «Selfridge & Co» univermağının açılışı ilə bağlı tarixi an:

Erkən olmasına baxmayaraq, Oksford-strit insan ilə qaynayırdı. Onlar keblərdə, piyada, rahat ekipajlarda və ya taksimotorlarda gəzirdilər. London əvvəllər siniflərin bu qarışıqlığını görməmişdi: qrup şəklində gəzən gözəl qızlar, ekipajlardan düşən qadınların geyiminə baxır, işçilər pərdələri qaldırır.  Belə görünürdü ki, bu gün 5 mart 1909-cu ildə Oksford-stritdə qeyri-adi tamaşa baş tutacaqdı. Yavaş-yavaş insan kütlələri on mərtəbəli univermağın qarşısında toplaşmağa başladı.  Univermağın özünün varlığı insanları artıq heyrətə salmışdı, çünki bir il bundan öncə bu ərazidə böyük bir çala var idi.  Oksford-stritin bu hissəsi insansızlığı ilə seçilirdi. İndi isə, üzərində "Selfridges” yazılan univermaq insanları özünə doğru çəkirdi.  

Polislər, insanların bir-birini əzməməsi üçün onlara nəzarət edirdi. İnsanları başa düşmək olardı.  Univermaqda onlarla piştaxta var idi. Bundan başqa onlardan on ikisi xüsusi hazırlanmış şüşələrdən ibarət idi və dünyada ən böyük şüşə idilər. Amma hətta insanları cəlb edən böyüklük deyildi, içəridə olan sirr idi: vitrinlərin hamısı solğun çəhrayı rəngli ipək pərdələrlə örtülü idilər. Saat düz onda həmin pərdələr yerə düşdü. Kütlə tyerindən tərpəndi və əl çalmağa başladı.  Hər bir vitrin öz  fərqli görünüşü ilə diqqət çəkirdi. Vitrinlərin birində, balaca bir oğlan uşağı balaca qıza gülə hədiyyə edirdi.  Digər mağazada qadın-maneken arxa oturacağı hədiyyələrlər dolu həqiqi maşında oturmuşdu. İnsanlar birdən hərəkətə gəldi və bir-vitrindən digərinə doğru keçərək baxmağa başladılar.  Amma bu hərəkətlilik, mağazaların qapsının açılışı vaxtı ilə müqayisə etmək olmazdı. "Selfridges”-i ilk gündə 90 min insan ziyarət etdi.  Və bu gündən başlayaraq dünya ticarətinin üzü dəyişdi (maximonline.ru). 


Bununlada bizim Okford-stritdə gəzintimiz başa çatdı, amma bu küçəyə bir daha niyə baxmayaq ki?! Səfər davam edir…



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti