Oktyabrın 13-dən Bakı Beynəxalq Avtovağzalından Laçına müntəzəm avtobuslar gedəcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında deyilir.
Belə ki, reyslər hər gün saat 08:00-da, Laçından Bakıya isə 16:00-da həyata keçiriləcək.
Bir istiqamət üzrə biletin qiyməti isə 16,2 manat təşkil edəcək.
Həmçinin bu reys üzrə Zəngilanın Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,9 manatdır.
Biletləri "biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.
Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !