Fransa prezidenti Fransua Olland Avropa Birliyini fokusunu dəyişməyə və rolunu azaltmağa çağırıb. Olland mayın 26-da televiziya çıxışı edib. Bir gün əvvəl mühacirlər və AB əleyhinə çıxan Milli Cəbhə partiyası Avropa Parlamenti seçkilərində ilk qələbəsini qazanıb.
Ollandın Sosialist Partiyası bu seçkidə ən pis nəticəsini göstərib. Bütün Avropada ifrat solçu və sağçı partiyalar daha çox səs toplayıb. Təhlilçilər bunu hökumətin sərt tədbirləri, kütləvi işsizlik və mühacirətə qarşı ictimaiyyətin qəzəbli reaksiyası ilə izah edirlər.
Olland deyib ki, AB əksər vətəndaşları üçün “uzaq və qeyri-müəyyəndir”. Onun sözlərinə görə mayın 27-də Brüsseldə AB liderlərinə çatdıracaq ki, onlar artım, iş yerləri və investisiyanı hədəf götürsünlər.
Azadliq.org
Bizi sosial şəbəkələrdə izləyin !