​Olland: "Fransa vasitəçilik səylərini qətiyyətlə davam etdirəcək"

12:26 | 22.09.2015
​Olland:

​Olland: "Fransa vasitəçilik səylərini qətiyyətlə davam etdirəcək"

"ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz vasitəçilik səylərini qətiyyətlə davam etdirəcək".

"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Müstəqillik günü münasibətilə Fransa prezidenti Fransua Ollandın Serj Sarqsyana göndərdiyi məktubda deyilir.

"Ümid edirəm ki, 2014-cü ilin oktyabrında Parisdə keçirilən iclasdakı irəliləyişlər məsələnin tezliklə həll olunmasına təkan verəcək", - məktubda deyilir.

Almaniyanın Federal prezidenti Yoahim Qauck da S.Sarqsyana göndərdiyi təbrik məktubunda Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını arzulayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM