Ombudsman Aparatının əməkdaşları Toplum TV-nin saxlanılan əməkdaşlarına baş çəkib

17:59 | 19.03.2024
Ombudsman Aparatının əməkdaşları Toplum TV-nin saxlanılan əməkdaşlarına baş çəkib

Ombudsman Aparatının əməkdaşları Toplum TV-nin saxlanılan əməkdaşlarına baş çəkib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupun (MPQ) üzvləri insanların öz istəkləri ilə tərk edə bilmədikləri yerlərə səfərlərini davam etdirirlər.

Növbəti başçəkmə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında baş tutub.

Həkimin də iştirak etdiyi başçəkmə zamanı "müəssisədə saxlanılan şəxslərlə, o cümlədən Toplum TV-nin saxlanılan təsisçiləri və əməkdaşları Ələsgər Məmmədli, Ruslan İzzətli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalovla görüşüblər.  İlkin Əmrahov və Müşfiq Cabbarovun "saxlanma şəraiti və sağlamlıq vəziyyəti öyrənilib, müraciətləri dinlənilib”.

Onların bəziləri Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsində ixtisaslı həkimin iştirakı ilə tibbi müayinədən keçirilib.

Sonda "müəssisənin rəhbərliyi və məsul işçilərlə söhbət aparılıb, saxlanma şəraitinin milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq daha da yaxşılaşdırılması üçün müvafiq tövsiyələr verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb