Ombudsman Aparatının nümayəndələri N hərbi hissəsində olublar

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri N hərbi hissəsində olublar.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Nümayəndə heyəti şəxsi heyətin təminatı və məişət şəraiti ilə tanış olub, hərbi qulluqçularla görüşərək söhbət ediblər.
Aparatın nümayəndələri yaradılan şəraiti, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər.
www.anews.az