• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Ombudsman Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara baş çəkib

Ombudsman Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara baş çəkib
05.06.2023 18:10
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr davam etdirilir.

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində (MPM) BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun təşkil olunmuş növbəti başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılmasından ibarət olub.

Başçəkmə zamanı bu il may ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması və digər qanunsuz əməllərin törədilməsi ilə bağlı saxlanılmış və məhkəmə qərarı ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu - Hovagimyan Harut Yuriki və Qazaryan Karen Aşoti qəbul edilib.

Ombudsman Səbinə Əliyeva tərəfindən Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həmin şəxslər konfidensial qaydada qəbul olunub, müraciətləri yerində dinlənilib. Qəbul edilmiş şəxslərin saxlanma şəraitindən və rəftardan şikayətləri olmamış, yaradılmış şəraitə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirmişlər.
Başçəkmə çərçivəsində saxlanma şəraiti – kameraların vəziyyəti, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb.

Eləcə də həmin şəxslərə münasibətdə də heç bir fərq qoyulmadan beynəlxalq hüquq normalarına uyğun hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu müşahidə edilib və qəbul olunmuş şəxslərin özləri də bunu təsdiq ediblər.

Saxlanılan şəxslər üçün kameralarda bədii ədəbiyyat və informasiya materiallarının (öz dillərində) olması müşahidə olunub. Qəbul edilmiş şəxslərə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları və beynəlxalq sənədlər, Ombudsmana və 916 Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ksenia Sobçak Sa­fa­rov qardaşlarının ölümünə etiraz edib
Siyasət 05:30
Ksenia Sobçak Sa­fa­rov qardaşlarının ölümünə etiraz edib
İran–İsrail müharibəsi zamanı Azərbaycan hədəf seçilib - Milli Məclis
Siyasət 04:59
İran–İsrail müharibəsi zamanı Azərbaycan hədəf seçilib - Milli Məclis

BMT Azərbaycanla Rusiya arasında gərginlikdən xəbərdardır
Siyasət 04:30
BMT Azərbaycanla Rusiya arasında gərginlikdən xəbərdardır
Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski saxlanılıb - Video - Yenilənib
Siyasət 22:30
Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski saxlanılıb - Video - Yenilənib
Yekaterinburq məhkəməsi Əhliman Gənciyevin həbs müddətini uzadıb
Siyasət 20:13
Yekaterinburq məhkəməsi Əhliman Gənciyevin həbs müddətini uzadıb
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Siyasət 19:20
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Zelenski İlham Əliyevə başsağlığı verib
Siyasət 19:00
Zelenski İlham Əliyevə başsağlığı verib
Rusiya "imperiya təfəkküründən" əl çəkə bilmir- Deputat/Şərh
Siyasət 17:46
Rusiya "imperiya təfəkküründən" əl çəkə bilmir- Deputat/Şərh
Azərbaycan Rusiyaya Yekaterinburqda vətəndaşlarının öldürülməsi ilə bağlı etiraz notası təqdim edib
Siyasət 17:39
Azərbaycan Rusiyaya Yekaterinburqda vətəndaşlarının öldürülməsi ilə bağlı etiraz notası təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol