Füzulinin Dövlətyarlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinə 97.212.804,98 AZN vəsait xərclənəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat yerləşdirilib.
Tenderin qalibi isə "TVM İNŞAAT" MMC-dir.
Qalib şirkət 2016-ci il dövlət qeydiyyatına alınıb və nizamanmə kapitalı 10 manatdır.
"Böyük Qayıdış" Proqramı çərçivəsində 2026-ci ilin sonuna kimi Füzuli şəhəri və 10 kəndin bərpa olunması və təhvil verilməsi nəzərdə tutulub.
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Füzuli 2020-ci ilin oktyabrında işğaldan azad olunub.
Füzuli Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Aytac

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !