Onlar üçün amnistiya nəzərdə tutur - Hacıyev

14:32 | 22.09.2023
Onlar üçün amnistiya nəzərdə tutur - Hacıyev

Onlar üçün amnistiya nəzərdə tutur - Hacıyev

Azərbaycan Qarabağda silahlarını təslim edən erməni döyüşçülərinə amnistiya nəzərdə tutur, bu barədə prezidentin siyasi məsələlər üzrə köməkçisi Hikmət Hacıyev deyib. 

Qarabağdakı ermənilər cümə axşamı Azərbaycanın 24 saatlıq hərbi əməliyyatdan sonra separatçı bölgəni öz nəzarətinə qaytardığını bəyan etməsindən sonra silahlarını təhvil verməzdən əvvəl təhlükəsizlik zəmanətinə ehtiyac duyduqlarını bildiriblər.

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev "Reuters”ə televiziyaya müsahibəsində deyib ki, Bakı silahlarını təslim edən Qarabağ döyüşçülərinə amnistiya nəzərdə tutur.

"Hətta keçmiş hərbçilərə və döyüşçülərə gəlincə, onlar belə təsnif edilə bilərsə, hətta onlar üçün də amnistiya nəzərdə tutulur”, - Hacıyev bildirib.
 
 
Sentyabrın 19-da Azərbaycan Dağlıq Qarabağda "antiterror əməliyyatı”na başladığını elan edib. Sentyabrın 20-də Bakı və Qarabağ Rusiya sülhməramlılarının köməyi ilə atəşkəs haqqında razılığa gəliblər. Müqaviləyə uyğun olaraq, Qarabağın silahlı birləşmələri buraxılacaq, onun ağır texnikası çıxarılaraq təhvil veriləcək. Eyni zamanda, bu prosesin həyata keçirilməsinə Rusiya sülhməramlı missiyası nəzarət edəcək.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti