Onlarda təhlükəsiz, bizdə təhlükəli - FOTOLAR

09:30 | 26.05.2015
Onlarda təhlükəsiz, bizdə təhlükəli - FOTOLAR

Onlarda təhlükəsiz, bizdə təhlükəli - FOTOLAR

İxtira olundugu gündən nəinki böyüklərin, uşaqların da sevimlisi olan velosiped bəlkə də ən münasib və təhlükəsiz araba növüdür. Ona qədər və ondan sonra ixtira olunanların hər hansı formada təhlükəlilik dərəcəsi var. Məsələn, velosiped yaranana qədər insanların qulluğunda dayanan və heyvanlara qoşulan dördtəkərli arabalar nə qədər narahat idisə, daha sonra ixtira olunan, benzinlə işləyən avtomobilləri bir o qədər rahat hesab eləmək olar.  Amma adlarını sadaladığım hər iki daşıyıcı - həm heyvan qoşquları, həm də avtomobillər təbiətə vurduğu ziyana görə (heyvanların əziyyət çəkməsi, eləcə də avtomobillərin təbiətə axıntdığı çirkli hava - red.) tərəzinin eyni gözündədir. Təcrübə göstərdi ki, rahatıq və kamfort nə qədər yüksək olursa, onun təhlükəlilik dərəcəsi də bir o qədər yuxarı qalxır. Haqqında danışdığımız araba növü isə bu qeyd olunanlarda xeyli uzaqdır - o, həm rahat, həm təhlükəsiz, həm də insan sağlamlığına xeyrlidir.

Azərbaycanda da velosipedə, onu idarə etməyə həvəs çoxdur. Buna baxmayaraq, bəlkə də yeganə ölkədir ki, velosiped sürmək bizim vətəndaşlarımız üçün təhlükəli hesab edilir. Çünki heç bir yerdə velosiped idarə etmək üçün xüsusi yol yoxdur. Eyni zamanda yolların həddindən artıq dar olması, avtomobillərin sıxlıq yaratması, ara küçələrin asfalt örtüyünün pis gündə olması bu təhlükəni daha da artırmış olur. 

Xaricdə isə əsas şosse yollarına paralel velosiped xətti çəkilir, velosipedləri parklamaq üçün xüsusi meydan ayrılır. Təəssüf ki, Azərbaycanda belə bir şərait yoxdur. Bu səbəbdən böyüklər də çox vaxt uşaqlara qoşularaq iri parklarda, iri meydançalarda velosipe sürməklə "gözlərinin qurdunu öldürürlər".

ANN.Az-ın fotomüxbirinin bu mövzu ilə bağlı hazırladığı fotosessiyanı oxuculara təqdim edirik.

Fotoların müəllifi Fərqanə Novruzovadır.


 
 
 
 




























































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM