• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Onlayın İctimai Nəzarət Platformasının təqdimatı keçirilib

Onlayın İctimai Nəzarət Platformasının təqdimatı keçirilib
02.06.2021 11:26
Bu gün Onlayın İctimai Nəzarət Platformasının (www.enezaret.az) təqdimatı keçirilib.


Anews.az xəbər verir ki, bu platformanın məqsədi ictimaiyyəti narahat edən müəyyən məsələlərə dair (yol, infrastruktur, abadlıq və s.) vətəndaşlardan video və foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır. Boru sızması, məişət tullantılarının daşınmaması, yol örtüyünün dağılması, aşmış ağaclar, açıq lyuklar və sair problemlərlə rastlaşdıqda vətəndaşlar WhatsUp (055 4502013) və ya sayt vasitəsi ilə (www.enezaret.az) Enəzarət komandasına məlumatı çatdıracaq, platformanın vəkilləri isə problemlərin həlli istiqamətində müvafiq addımlar atacaq.


Mətbuat konfransında çıxış edən Açıq Hökümət platformasının koordinatoru Əliməmməd Nuriyev ölkəmizdə ictimai nəzarət və ictimai iştirakçılıq sahəsində qanunvericilik, ölkə rəhbərliyinin siyasi dəstəyi və son illərdə həyata keçirilən fəaliyyətlər haqqında məlumat verdi. Əliməmməd Nuriyev Onlayn İctimai Nəzarət Platformasının vətəndaşlar üçün bir çox imkanlar yaratdığını qeyd edib.


Tədbirdə salamlama sözü ilə çıxış edən USAID-in ölkə üzrə missiya direktoru Caydev Sinqh təmsil etdiyi qurumun Azərbaycan hökumətinə və xalqına dost münasibətini vurğulamış, Azərbaycanda həyata keçirilən islahatlara USAID tərəfindən daimə dəstək verdildiyini qeyd edib. Caydev oxşar platformanın ABŞ-da uğur qazandığını və eyni uğuru Azərbaycanda da görmək istədiyini bildirib.


Layihənin icraçısı olan "MG Consulting” şirkətinin rəhbəri Məhəmməd Quluzadə ECSOFT layihəsi, Onlayn İctimai Nəzarət Platforması və platformanın iş mexanizmi barədə ətraflı məlumat verib.


Onlayn İctimai Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində Açıq Hökumət Milli Platforması ilə əməkdaşlıqda həyata keçirilən pilot layihədir.


Tədbirin sonunda ECSOFT layihəsi çərçivəsində keçirilmiş "Korrupsiya ilə mübarizə” mövzusunda poster və video çarx ideyası müsabiqəsi üzrə qaliblərə mükafatlar təqdim edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video
Cəmiyyət 18:15
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video
Şəkidə yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var
Cəmiyyət 17:45
Şəkidə yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
Cəmiyyət 17:04
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 16:53
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Cəmiyyət 14:20
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Hərbi qulluqçulara mənzillər verilib
Cəmiyyət 13:54
Hərbi qulluqçulara mənzillər verilib
Hava ilə bağlı XƏBƏRDARLIQ
Cəmiyyət 13:44
Hava ilə bağlı XƏBƏRDARLIQ
Sabah 31 dərəcə isti olacaq
Cəmiyyət 12:03
Sabah 31 dərəcə isti olacaq
Bakıda ev yanıb
Cəmiyyət 09:00
Bakıda ev yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol