Anews.az xarici mətbuata istinadən xəbər verir ki, 13 il sonra Materatsi Zidanın onu nə üçün vurduğu barədə danışıb. Zidanən anasını yox bacısını söydüyünü açıqlayıb:
"Zidanın anasını təhqir etmədim. Çünki özüm 15 yaşımda anamı itirmişdim. Bunu heç vaxt etməzdim. Zidana etdiyim təxribat bacısı ilə bağlı idi”.
Qeyd edək ki, DÇ-2006-nın final matçının 110-cu dəqiqəsində Fransa millisinin üzvü Zidan italyanların müdafiəçisi Materatsini başla vuraraq, yerə yıxmışdı. Bu hərəkətdən sonra isə Zidan qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !