• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

“OPEC+” ölkələrinin qərarı neftin qiymətinə necə təsir etdi? – SON RƏQƏMLƏR

“OPEC+” ölkələrinin qərarı neftin qiymətinə necə təsir etdi? – SON RƏQƏMLƏR
10.04.2020 13:57
Dünən "OPEC+” ölkələrinin  may-iyun aylarında neftin hasilat səviyyəsini  23% azaldıması barədə əldə etdikləri razılaşma neftin qiymətini yüksəltmədi.

Yeniavaz.com xəbər verir ki, dünən baş tutan iclasdan sonra OPEC+” ölkələri may-iyun aylarında neft hasilatının gündəlik 10 milyon barel azaldılması barədə razılşma əldə ediblər. 

Razılaşmaya görə, bu ilin may-iyun aylarında neft hasilatı gündəlik 10 milyon barel, ilin sonuna qədər isə gündəlik 8 milyon barel azaldılmalıdır.  

Azərbaycan da qəbul edilən yeni "OPEK+” razılaşması çərçivəsində bu ilin may-iyun aylarında neft hasilatını 164 min barel azaldılması ilə bağlı öhdəlik götürüb. Belə ki, gündəlik neft hasilatı 718 min barel olan Azərbaycanda qeyd olunan dövürdə gündəlik hasilatı 554 min barel həcmində saxlanılacaq.

Maraqlıdır ki, əldə olunan razılaşmaya baxmayaraq bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri bu gün 4,1% ucuzlaşaraq hazırda 1 barelə görə 31,5 dollar təşkil edir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin dəyəri isə bu gün 9,3% ucuzlaşaraq hazırda 1 barelə görə 22,7 dollar olub.

Brent və WTI markalarından fərqli olaraq Azərbaycanın "Azeri Light” markalı neftinin bir barrelinin qiyməti bu gün 2,04 dollar artaraq 25,31 dollar təşkil edib.
Qeyd edək ki, aprel ayının 2-də "Azeri Light" markalı neft tarixi ərzində ən aşağı səviyyəyə düşərək 1 bareli 16,54 dollara satılıb. 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
İqtisadiyyat 10:08
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:43
Dünya bazarlarında neft ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:40
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:59
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol