Oktyabrın 2-də Londonda saxlanılan OPEC prezidenti Diezani Allison-Madueke zaminə buraxılıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə TVC News telekanalı xəbər yayıb.
Məlumata əsasən, OPEC prezidentinin pasportu götürülüb, ona Böyük Britaniyanın ərazisini tərk etmək qadağan edilib.
"Daily Post Nigeria” qəzeti isə Diezani Allison-Maduekenin Nigeriyanın paytaxtı Abucadakı evinin hüquq-mühafizə orqanları tərəfindən möhürləndiyini bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !