• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

OPEC+ üzvlərinin keçirəcəyi toplantıdan gözləntilər nədir?

OPEC+ üzvlərinin keçirəcəyi toplantıdan gözləntilər nədir?
08.04.2020 19:43

Aprelin 9-da OPEC+ üzvü olan ölkələrin nazirləri səviyyəsində  videokonfrans keçiriləcək.  Hazırda dünya neft bazarının diqqəti bu toplantıya yönəlib.  Bəs bu toplantıdan Azərbaycanın gözləntiləri nədir?

Yanacaq və energetika nazirinin müşaviri Zəminə Əliyeva Anews.az-a bildirib ki, OPEC üzvü olan ölkələrin bazara dəstək verlməsi zəruridir.  "Birgə əməkdaşliq və tədbirlərlə bazarın tədricən sabitləşməsi mümkün ola bilər. Azərbaycan hasilatın azaldılmasının tərəfdarıdır. Bu mövqeyində heç bir dəyişiklik yoxdur",  - deyə Zəminə Əliyeva vurğulayıb. 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, konfransın 6-dan 9-na keçirilməsi bazar  iştirakçılarının arzu və istəklərinin böyük olmasını göstərir.

" Bu görüşün cümə axşamına keçirilməsi də ona dəlalət edir ki, istər OPEC, istər OPEC+ iştirakçıları bu görüşə daha ciddi yanaşır və bütün texniki məsələləri həll edərək  bu görüşə  çıxmaq niyyətindədirlər. Məhz sabahkı görüşü yekdil bir qərarla  bitirib, onu ictimaiyyətə açıqlamaq niyyətindədirlər. Düzdür, hələ biz bilmirik ki, burada hansı həcmdə neftin azaldılmasına dair qərar qəbul ediləcək".

İlham Şaban həmçinin söylədi ki,  təkcə 22 ölkə bu yükü öz çiyinlərində daşımalı deyil. Onun sözlərinə görə, kiçik ölkələri çıxmaqla neft hasil edən  50 ölkə var və  yerdə qalan o ölkələr də görüşdə iştirak edib həcmlərin azaldılması ilə bağlı öz töhvələrini verə bilərlər: 

 "Amerika prezidentinin anons etdiyi 10-15 milyon arası, eləcə də  Rusiya  prezidenti Vladimir Putinin 10 milyon barelə tuşlanmış  təklifləri olsa da, bir sıra nüanslar var. Bu da ondan ibarətdir ki, OPEC+ ümumilikdə 22 ölkədən ibarətdir Ancaq dünyada 70 ölkədə neft hasil edilir. Bunlardan kiçik ölkələri çıxsaq, 50 ölkə var ki, onlarda normal hasilat həcmləri var. OPEC+ ölkələri belə bir təklif irəli sürürlər ki, indiki böhran təkcə neft hasilatının həcminin çox olması və onun böyük həcmdə bazara çıxarılması ilə bağlı deyil. Bu dünya iqtisadiyyatının enişi ilə bağlıdır ki, bu da bir fors major hadisəsi idi. Yəni pandemiya da onu sürətləndirmişdi. Ona görə də bütün bazar iştirakçıları burada əl-ələ verib çıxış etməlidir", - deyə ekspert vurğulayıb. 

İlham Şabanın fikrincə,  hazırda  bütün nəzərlər ABŞ-a yönəlib. ABŞ isə bu günədək öz mövqeyini qəti şəkildə bildirmək fikrində deyil. Tramp sırf siyasi gedişlər edir və bu çətin dönəmdə,  ABŞ-ın neftə bağlı olan ştatlarından xal qazanmaq xatirinə addımlar atır. 

"Tramp qeyd edir ki, nəhəng neft sənayeləri olduğuna görə, ABŞ-a neft idxalı ilə bağlı əlavə  vergilər tətbiq edə bilər. İkinci tərəfdən isə deyir ki, mən Rusiya, Səudiyyə Ərəbistanın prezidentləri ilə danışmışam və hər şey yaxşı olacaq. Amma o demir ki, mən neft həcmlərini aşağı salacağam",- deyə İlham Şaban bildirdi.

Ekspert deyir ki, neft bazarı daima pozitiv informasiyalarla qidalandırılmalıdır. Amma o təəssüflə əlavə edir ki, aprelin 20-si ətrafında artıq I rüblə bağlı həm ölkələrin, həm şirkətlərin istehsal və maliyə göstəricilərinə dair hesabatların açıqlanması neqativ informasiya olacaq.

Bəs Amerika öz hasilatını 1,2 milyon barel azaldarsa, digər oyunçular bununla razı olacaqmı?
 
" Beynəlxalq Enerji Agentliyi  2020-ci il üçün Amerikada istehsalın 1,23 mln barel azalmasına dair dünən hesabatını açıqlayıb. Bu, neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar şist neft hasilatçılarının öz istehsalını azaltması məsələsidir. 

 Amerika lider bir ölkədir və 13 mln barelə yaxın  bazarda istehsal payı var idi. Ona görə istənilən halda mən gözləyirəm ki, sabah verilən qərar hasilatın azaldılması ilə bağlı neftin qiymətlərinin artımına səbəb olacaq. Ancaq bu hansı müddətə qədər neft qiymətlərinin artımına gətirib çıxaracaq, bu mürəkkəb məsələdir.

 Tutaq ki, neftin qiymətini 10 mln barel azaldırıq deyə elan etdilər. Neftin qiyməti 40-a qalxdı, bəlkə 40-ı da keçdi, amma ondan sonra gələn neqativ informasiyalar onun qiymətinin aşağı düşməsinə səbəb olacaq".
 
Neft sektorunda kəskin şəkildə ixtisarlar başlanılacaq

İlham Şabanın sözlərinə görə, artıq neft sektorunda ixtisarların başlanması da gözlənilir. O bunu  neft sektorunu  izləyən xüsusi agentliklərin yaydığı məlumatlarla izah edib. Belə ki, il sonunadək enerji sektorunda  1 mln iş yerlərinin ixtisara salınması həyata keçirilə bilər.


 " Nefti yığmağa yer yoxdursa, qiymətlərin kəskin artırılması mümkün deyil". 

İqtisadçı ekspert Natiq Cəfərli isə deyir ki, toplantıda verilən qərar məchul qalarsa neft bazarındakı növbəti çöküşə hazır olmaq lazımdır. Ekspert deyir ki, veriləcək qərarda detallar önəmlidir: 

" Hazırda yayılan pandemiya ilə bağlı dünya iqtisadiyyatının böyük bir hissəsi durma nöqtəsinə gəlib.

İstehlak kəskin şəkildə azalıb. Dünyada təqribən hər gün 100 milyon barel neft hasil olunur, istehlak isə 70-75 milyon bareldən yuxarı qalxmır. Yəni dünya bazarında hər gün 20-25 milyon neft artıq qalır. 

 Burada əsas oyunçular Rusiya və Səudiyyə Ərəbistanıdır. Onların ikisinin birgə hasilatı 21 mln bareldir. Hətta hərəsi 5 mln barelədək azalma ilə bağlı qərar versələr də,  bu bazardakı problemi həll etməyəcək. Amma bu qədər hasilatın azaldılması texniki olaraq da çətin prosesdir. Səudiyyə Ərəbistanı texnoloji olaraq öndə olsa da, bazarını itirmək istəmir". 

Bəs neft hasilatının azaldılmaması ilə bağlı qərar qəbul edilərsə Azərbaycanı, eləcə də dünya bazarını nə gözləyir?

Ekspert N.Cəfərlinin sözlərinə görə, belə bir qərar verildiyi təqdirdə  neft qiymətlərinin 10-15 dollar civarına düşməsi ehtimal olunur. 

" Hazırda ölkələr ciddi endirim kampaniyaları təşkil edirlər ki, müştərilərini itirməsinlər. Belə ki, indiki situasiyada neft qiymətlərinin artırılması gözlənilmir. Dünya dayanıbsa, istehlak yoxdursa,nefti yığmağa yer yoxdursa qiymətlərin kəskin artırılması mümkün deyil".

Samirə Əliyeva


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
İqtisadiyyat 21:22
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
İqtisadiyyat 18:10
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
İqtisadiyyat 07:34
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
Azərbaycanda neft hasilatı 4,8% azalıb
İqtisadiyyat 18:24
Azərbaycanda neft hasilatı 4,8% azalıb
BP Azərbaycanda qaz hasilatını artırıb
İqtisadiyyat 15:03
BP Azərbaycanda qaz hasilatını artırıb
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
İqtisadiyyat 20:37
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol