Demokrat.az xəbər verir ki, bu vəzifəyə Saçxere klinikasının direktoru olmuş 40 yaşlı Yekaterina Tikaradze təyin olunub.
Məlumat üçün qeyd edək ki, 2009-cu ildə Saçxere klinikasına konsultant kimi dəvət olunan Y.Tikaradze, 2015-ci ilin sentyabrında klinikanın direktoru təyin olunub.
Məcburi köçkünlərin işləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri vəzifəsindən istefa verən David Sergeenko isə Gürcüstanın Baş Naziri Mamuka Baxtadzenin müşaviri təyin olunub.
Gürcüstanın yeni səhiyyə nazirinin təyinatı Azərbaycanda da birmənalı qarşılanmır. Tez-tez gənc gürcü nazirlə Azərbaycanın 79 yaşlı səhiyyə naziri Oqtay Şirəliyevin müqayisəsi aparılır. Hətta, azərbaycanlı sosial şəbəkə istifadəçiləri Gürcüstanın yeni səhiyyə nazirinin Oqtay Şirəliyevin nəvəsi yaşında olmasını da qeyd edirlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !