Publika.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee sosial şəbəkəsindəki səhifəsində Qəzza sərhədinə hərbi qüvvənin cəmləndiyini göstərən fotolar paylaşıb.
Fotolarda Qəzza sərhədində çox sayda İsrail əsgərləri və tankların toplandığı görünür. O, İsrail ordusunun "hər cür ssenariyə hazır olmaq üçün” cənub sərhədinə əlavə hərbi qüvvə göndərildiyini ifadə edib.
Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahunun başçılığı ilə dünən keçirilən təhlükəsizlik toplantısında Qəzza sərhədinə əlavə hərbi birliklərin gösdərilməsi barədə qərar verilmişdi.
"Torpaq günü”nun növbəti qanlı qarşıdurmalarla keçəcəyi gözlənilir. Hesabata görə, ötən il "Torpaq günü” ilə əlaqədar nümayişlərin başlandığı martın 31-dən dekabrın 31-nə kimi İsrail əsgərlərinin atəşi nəticəsində 189 fələstinli ölüb, 6100 nəfər yaralanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !