Orlando Blum yeni sevgilisinin adını çəkdi

23:20 | 20.05.2014
Orlando Blum yeni sevgilisinin adını çəkdi

Orlando Blum yeni sevgilisinin adını çəkdi

Bir müddət əvvəl model Miranda Kerrlə boşanan 37 yaşlı Hollivud ulduzu Orlando Blum yeni sevgilisini nümayiş edib.ANS PRESS-in məlumatına görə, Orlando fransız aktrisası Nora Arnezederlə münasibətini artıq heç kimdən gizlətmir. Cütlüyün görüşdüyü barədə xəbərlər yanvar ayında yayılsa da, heç biri bunu təsdiqləmirdi, bütün sualları cavabsız qoyurdular. Buna baxmayaraq onlar tez-tez birlikdə görüntülənirdilər. O, Blum və Nora ilə ilk dəfə birlikdə mayın 18-də Londonda görüntülənib. Paparassilərin addımbaaddım izlədiyi sevgililər əl-ələ tutaraq elit restoranlardan birinə giriblər. Restoranın həyətindəki kolluqlarda gizlənmiş fotoqrafın kamerasına gülümsəyən cütlük yeməkdən sonra kinoteatra yollanıb. Qeyd edək ki, bir neçə gün öncə xarici mətbuatda model Miranda Kerrin keçmiş həyat yoldaşı Orlando ilə münasibətlərinin normallaşdığı barədə xəbərlər yer almışdı. Miranda və aktyor telefon danışıqları apararkən dostları cütlüyün mehriban ünsiyyətinin şahidi olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür