Orta Dəhliz ilə daşımalar vergidən azad ediləcək

16:07 | 10.06.2024
Orta Dəhliz ilə daşımalar vergidən azad ediləcək

Orta Dəhliz ilə daşımalar vergidən azad ediləcək

Orta Dəhliz "yaşıl” dəhlizə çevrildikdə onun cəlbediciliyi artacaq, çünki bu marşrut üzrə Asiyadan Avropaya və əks istiqamətdə konteyner daşımalarına görə vergi tutulmayacaq. Bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov məlumat verib.

"Bizim limanımız artıq BMT-nin Dəniz Təşkilatı tərəfindən "yaşıl liman” kimi sertifikatlaşdırılıb Konteynerlər qitələrarası ticarətdə keçir və Orta Dəhliz "yaşıl” olduqdan sonra bir çox şirkətlər buna üstünlük verəcəklər”, -  Ziyadov vurğulayıb.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) 2014-cü ildən fəaliyyət göstərir, Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə çatır.
 
2023-cü ildə bu marşrutla 2,7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86% çoxdur. 2024-cü il üçün uzunmüddətli plan 4 milyon tondan artıqdır.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM