Ortaq Türk Televiziyası yaradılır

17:38 | 17.08.2015
Ortaq Türk Televiziyası yaradılır

Ortaq Türk Televiziyası yaradılır

Türkcə danışan ölkələr arasında önəmli media layihəsinin təməli qoyulacaq.

ANN.Az türk mediasına istinadən xəbər verir ki, avqustun 18-də Qazaxıstanın paytaxtı Astanada Türkcə Danışan Dövlətlər İşbirliyi Şurasının tioplantısı keçiriləcək. Toplantıda yüksək səviyyəli şəxslərin, xəbərləşmə nazirlərinin bir araya gələcəyi gözlənilir.

İclasda Azərbaycan, türkiyə, Qazaxıstan və Qırğızıstanın beynəlxalq televiziya kanalları arasında protokola imza atacağı proqnozlaşdırılır. Bununla bərabər türk dövlətlərinin xəbər agentlikləri arasında əməkdaşlıq memorandumu da dəstəklənəcək.

Toplantının əsas gündəminin ortaq türk televiziyasının yaradılması təşkil edəcək. TV-nin yaradılmasında əsas məqsəd türkcə danışan ölkələrd
ə baş verən siyasi, iqtisadi, mədəni, sosial hadisələrin beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırmaqdır. 

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM