Orxan Əzimin "Köç" fotosərgisi keçirildi - FOTOLAR

15:55 | 17.03.2014
Orxan Əzimin "Köç" fotosərgisi keçirildi - FOTOLAR

Orxan Əzimin "Köç" fotosərgisi keçirildi - FOTOLAR

 Mart ayının 15-16-da Oda Teatrında fotoqraf Orxan Əzimin "Köç" adlı fotosərgisi keçirilib. Fotosərgidə Xızı rayonundan Qubanın Xınalıq kəndinə - yaylağa qalxan köçəri əhalinin rəsmləri nümayiş etdirilib.Orxan Əzim ANN.Az-a bu sərginin ideyasının onun uşaqlıq xatirələri ilə bağlı olduğunu deyib: "Yadımdadır, uşaq vaxtı babamla yaylağa gedərdik. Çoxdan istəyirdim ki, o xatirələri yeniləyim, gedim yaylaq ab-havasını çəkim. Bir az araşdırıb yaylağa gedən insanları tapdım. Düzdür, ilk əvvəl səriştəsiz olduğum üçün məni özləri ilə aparmaq istəmədilər. Amma sonra təkidlərimi görüb razılaşdılar. Köç əhli ilə səfərim 10 gün çəkdi və bu müddət mənim üçün heç də asan keçmədi. Onların heç bir qaydasını, yaşam tərzini bilmirdim".Səfər zamanı fotoqrafın başına müxtəlif hadisələr gəlib: "Hətta 9-cu gün məni çoban iti qapdı. Yaralanmağıma abaxmayaraq, geri dönmədim, orda gördüyüm kadrları itirmək istəmirdim. İndi bu fotolara baxanda çəkdiyim əziyyətlərin əbəs olmadığını görüb qürur duyuram. Sərgidə nümayiş olunan 33 fotonun hər biri mənim üçün əzizdir. Hər bir fotonun öz tarixçəsi var. Məncə, sərgi kifayət qədər uğurlu alındı. Fürsətdən istifadə edib mənə göstərdikləri dəstəyə görə Oda Teatrının  kollektivinə də təşəkkür edirəm".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb