Yazıçılar Türkiyədə söz və ifadə azadlığına məhdudiyyət qoyulmasından narahatlıq duyduqlarını qeyd ediblərTürkiyəli məşhur yazıçı ölkədə baş verənlərə münasibət bildirib.ANS PRESS-in xəbərinə görə, Dünya şöhrətli yazıçı, Nobel mükafatı laureatı Orxan Pamuk Türkiyədəki vəziyyətin hər gün daha da pisləşdiyini bildirib.Bu barədə, PEN Yazıçılar Birliyinin "Guardian"a göndərdiyi məktubda yazılıb. Məktubda Orxan Pamukla yanaşı, bir çox yazarlar, həmçinin Türkiyədən Elif Şəfəq, Can Dündarın adı var.Orxan Pamuk yazdığı məktubda fikirlərini bu cür ifadə edib:"Türkiyədə ifadə azadlığının bugünkü qədər pis olduğu vaxt əlbəttə ki, olub. Misal üçün, 2008-ci ildə "Youtube"un bağlandığı vaxt. Amma o vaxtn heç olmasa, gələcək barədə ümidimiz vardı. Halbuki indi yoxdur".Ümumilikdə məktubda adları keçən yazıçılar Türkiyədə söz və ifadə azadlığına məhdudiyyət qoyulmasından narahatlıq duyduqlarını qeyd ediblər.Onu da xatırladaq ki, bir neçə həftə əvvəl məşhur yazıçı Orxan Pamukun erməni əsilli sevgilisi onun ölkəsində baş verən məsələlərlə bağlı laqeydliyini dilə gətirmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !