Orxan Zeynalovun işi ilə bağlı araşdırmalar başa çatdı

20:54 | 25.03.2014
Orxan Zeynalovun işi ilə bağlı araşdırmalar başa çatdı

Orxan Zeynalovun işi ilə bağlı araşdırmalar başa çatdı

Ötən ilin oktyabr ayında Moskvada şəhər sakini Yeqor Şerbakovun qətlə yetirilməsi ilə bağlı müstəntiqlərin apardığı tədqiqatlar başa çatdırılıb.APA-nın məlumatına görə, bu barədə «RİA Novosti» agentliyi məlumat yayıb.Qeyd edək ki, məhz Y.Şerbakovun oktyabrın 10-na keçən gecə qətlə yetirilməsindən sonra Rusiya paytaxtının Qərbi Biryulyovo rayonunda kütləvi iğtişaşlar törədilib, ölkəyə kənardan gələn əmək miqrantlarının ticarət obyektləri dağıdılıb və bu hadisələr nəticəsində təxminən 400 nəfər saxlanılıb.«Azərbaycan vətəndaşı Orxan Zeynalova qarşı açılan cinayət işi ilə bağlı aparılan araşdırmalar başa çatıb. Hazırda müttəhim və onu müdafiə edən tərəf cinayət işinin materialları ilə tanış olmağa başlayıblar», - deyə Moskvanın hüquq-mühafizə orqanlarından bildirilib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti