ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, 6.36 dollardan 15.9 milyon ədət "New York Times" səhmlərini alıb.
Slim 101 milyon dollar ödəyərək şirkətdəki payını 17 faizə qaldırmağı bacarıb. Hazırda Slimin əlindəki səhm payının sayı 27.8 milyon ədədə çatıb.
Slim 2008-ci ilində çətin vəziyyətdə olan "New York Times"a 14 faizlə 250 milyon dollar kredit vermişdi. Şirkət bu yüksək krediti vəd etdiyi müddətdən əvvəl bağlamış və Slimə müəyyən miqdarda səhm almaq haqqını vermişdi. Həmin vaxt 9,5 dollarlıq səhmləri 6,36 dollardan almaöı bacarır.
Karlos Slim-n atası əsgərlik çəkməmək üçün 14 yaşında Meksikaya qaçmış və adını dəyişdirərək Julian Slim Haddad Ağlamaz olmuşdu.
73 milyard dollarlıq sərvəti olan "türk" əsilli Slim Meksika və Latın Amerikası ölkələrində böyük telekommunikasiya imperaftorluğu yarada bilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !