Oteldə bank müdirini öldürən həbs olundu

11:37 | 23.04.2015
Oteldə bank müdirini öldürən həbs olundu

Oteldə bank müdirini öldürən həbs olundu


Aprelin 22-nə keçən gecə "Avropa" otelində qətl törədən şəxs saxlanılıb. Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1987-ci il təvəllüdlü Quliyev Sənan Təvəkkül oğlu bu gecə yaxalanaraq istintaqa təhvil verilib. 
 

Qeyd edək ki, aprelin 22-nə keçən gecə Nəsimi rayonu ərazisində yerləşən "Avropa” otelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədov və Ruslan Əfəndiyev bıçaqlanıb. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

Onu da qeyd edək ki, A.Məmmədov "Zaminbank”ın filial müdiri oluB. Digər bıçaqlanan R.Əfəndiyev isə idman ustası, qarışıq döyüş idman növü üzrə məşqçidir. Bildirilir ki, A.Məmmədov otelin idman zalında məşq edərkən S.Quliyevlə otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi R.Əfəndiyev arasında mübahisə yaranıb. A.Məmmədov onları sakitləşdirməyə çalışıb. S.Quliyev bıçaqla məşqçiyə və Azərə zərbələr vurub və hadisə yerindən qaçıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM