"Ölkədə otellərin beynəlxalq standartlara cavab verməsi istiqamətində ciddi işlər görülür. Hazırda 11 dövlət standartı qüvvədədir. Otellərin ulduz alması isə dövlət standartları əsasında keçirilir",- Abbasbəyli iyulun 3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı zamanı deyib.
O bildirib ki, hazırda 20 yeni dövlət standartı hazırlanır.
"Hazırda müzakirə edilən 20 standart və İSO-nun 57 standartı arasından ölkəmiz üçün aktual standartlar qısa müddətdə qəbul ediləcək. Bu da turizm sahəsinin, xüsusən də otelçilik sahəsinin inkişafına böyük töhfə verəcək", - o qeyd edib.
Abbasbəyli həmçinin bildirib ki, Azərbaycan Standartlaşdırma İnstututu halal turizm xidmətləri üzrə yeni dövlət standartı hazırlayır.
"Bu il qəbul edilməsi nəzərdə tutulan standart Azərbaycanda turizmin inkişafına xüsusi töhfə verəcək. Belə ki, standartın əsas məqsədi islam qaydalarına cavab verən turizm xidmətləri və məhsulları təqdim etmək, onun effektiv tətbiq yolu ilə halal turizm məhsul və xidmətlərini bütövlükdə qorumaq və müştəri məmnuniyyətini artırmaqdır", - o söyləyib.
Onun fikrincə, bu standart müsəlman ölkələrindən gələn turistlərin sayını artırmağa kğmək edəcək.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !