Kanadanın paytaxtı Ottava şəhərində bu ölkədə yaşayan tələbələrin bir qrupu Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı etiraz yürüşü keçirib, - bu barədə Azərbaycanlı tələbələr assosiasiyasının rəhbəri Samid Nəcəfli məlumat verib.
Toronto Universitetinin tələbəsi Tural Gülməmmədovun dediyinə görə isə, Kanada parlamentinin binası qarşısında keçirilən yürüşdə erməni vandalizmi ilə bağlı şüarlar səsləndirirlib. Plakatlarla küçələrə axışan gənclər şəhər sakinlərinin və qonaqların diqqətini Xocalı soyqırımı zamanı baş verən erməni vəhşiliklərinə cəlb edə biliblər.
Qeyd edək ki, Kanadada təhsil alan azərbaycanlı gənclər mütəmadi olaraq bu kimi aksiyalat təşkil edir və Azərbaycan reallıqlarını Kanada ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırlar.
Foto: Tural Gülməmmədov
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !