Ovçuluq etmək istəyənlər 1100 manat ödəməli olacaq

11:43 | 19.03.2015
Ovçuluq etmək istəyənlər 1100 manat ödəməli olacaq

Ovçuluq etmək istəyənlər 1100 manat ödəməli olacaq

Prezident fərman imzaladı.

Azərbaycanda fərdi ovçuluq təsərrüfatlarının təşkili ilə bağlı lisenziya almaq üçün ödəniləcək dövlət rüsumunun məbləği müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyev "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısına edilən əlavəyə əsasən, fərdi ovçuluq təsərrüfatlarının təşkili ilə bağlı lisenziya almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 1100 manat məbləğində dövlət rüsumu ödəniləcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM