BMT-nin baş katibi Pan Gi Mun Ukraynanın ərazi bütövlüyünü pozmağa çalışanların bu işə son qoymaqlarını söyləyib. ANSPRESS-in məumatına görə, BMT-nin baş katibi Pan Gi Mun jurnalistlərə verdiyi açıqlamada Ukraynanın ərazi bütövlüyünə zərər verə biləcək hərəkətlərin dayandırılmasının vacibliyini vurğulayıb.Ukrayna böhranını həll etmək üçün bölgədə dialoqdan çox zorakılığın olduğunu bildirən Pan, ölkənin şərqində qurulmuş Donetsk Xalq Respublikasını yaxşı qarşılamadığını qeyd edib.''Ukraynanın birliyini, ərazi bütövlüyünü və sabitliyini baltalamağa çalışanları dərhal bu hərəkətlərinə son verməyə çağırıram. Eyni zamanda, Kiyevdəki nümayəndələr bu cür hərəkətlərə qarşı dözümlü davranmağa davam etməli, Ukrayna qanunları və beynəlxalq insan hüquqları prinsipləri ölçüsündə cavab verməlidir.'' - deyə, Pan Gi Mun çıxışında səsləndirib.Qeyd edək ki, BMT-nin baş katibi Pan Gi Mun Ukraynanın dağılmasının qarşısını almaq üçün hələ ki, fürsətin olduğunu bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !