BMT baş katibi Ukrayna prezidenti vəzifələrini icra edən Aleksandr Turçinov və baş nazir Arseni Yatsenyukla görüşəcəkBu gün BMT baş katibi Pan Qi Mun Kiyevə səfər edəcək. Onun səfərinin məqsədi Krım ətrafında yaranmış böhranın həlli yollarını axtarmağa çalışmaqdır. Baş katib Ukrayna prezidenti vəzifələrini icra edən Aleksandr Turçinov və baş nazir Arseni Yatsenyukla görüşməyi planlaşdırır. Qeyd edək ki, Pan Qi Mun ötən gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. O, Ukraynadakı böhranla bağlı çox narahat olduğunu dilə gətirib. BMT rəsmisi Rusiya və Ukrayna tərəfini birbaşa dialoqa başlamağa və münaqişənin siyasi həlli yollarını tapmağa inandırmağa çalışmaq niyyətindədir. BMT-nin məlumatına görə, cümə günündən təşkilatın 34 nəfər daxil olan müşahidə missiyası Ukraynanın şərqində işə başlayacaq. Mütəxəssislər bu regionlarda insan hüquqularına riayət edilib-edilmədiyini analiz edəcəklər. Belə ki, Rusiya Ukraynanın şərq bölgəsində rusdilli əhalinin hüquqlarının pozulduğunu iddia edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !