İtaliya mediasında yer alan xəbərə görə, "Turk Hack Team” üzvü olan bir türk haker Vatikanın rəsmi internet səhifəsini - "vatican.va" hədəf alıb.
Bazarertəsi günündən başlayaraq saytın dəfələrlə hücuma məruz qaldığı, bütün gecə boyu istifadə edilə bilmədiyi, ancaq bu səhər təkrar hakerlərdən alındığı deyilir.
"Twitter”də @THTHerakles adından istifadə edən haker "Papa türklərdən üzr istəyənə qədər Vatikanın saytı belə hücumlara məruz qalacaq” - deyə bəyan edib.
Türk hakerl'r hadisənin Vatikan şəhəri ilə əlaqəsinin olmadığını və bu səbəblər də Vatikan vətəndaşlarından üzr istədiyini bildiriblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !