Katoliklərin ruhani lideri Papa Fransiskə qarşı sui-qəsd hazırlanır. Belə bir iddia ilə Boliviya prezidenti Evo Morales çıxış edib.
ANN.Az xəbər verir ki, bu günlərdə Cənubi Amerika ölkələrinə səfər edən papa Boliviyada da olub və prezident Evo Morales belə bir iddia ilə çıxış edərək dünya ictimaiyyətinin daha diqqətli olmasını istəyib.
Prezident Morales ölkəsinin "La Razon" qəzetinə verdiyi müsahibəsində Papanın antikapitalist və antiimperialist görüşlərinin bəzi dairələrin xoşuna gəlməyəcəyini vurğulayıb və bu əsasla da papaya qarşı "sui-qəsd hazırlanır" deyib: "Qardaşların Papanın moizələrindən sonra nə düşündü, bilirsinizmi? Papa ayin bitmədən "mənim üçün dua edin" dedi. O an qardaşım papa Fransiskin həyatının təhlükədə olduğunu hiss etdim. Bu, məni çox qorxutdu".
Morales kapitalist hökumətlərinin hərəkətləri ilə Papa Fransiskin söylədikləri arasında böyük fərq lduğunu xatırladıb və antikapitalistlərin bu duruma daha çox dözə biləcəklərini sanmadığını vurğulayıb.
Qeyd edək ki, ölkə prezidenti "Sosializm uğrunda Hərəkat" Partiyasının lideridir.
Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !