Paris-2024: Azərbaycan atleti finala vəsiqə qazanıb

14:38 | 04.08.2024
Paris-2024: Azərbaycan atleti finala vəsiqə qazanıb

Paris-2024: Azərbaycan atleti finala vəsiqə qazanıb


Paris-2024 Yay Olimpiya Oyunlarında atletika yarışlarında Azərbaycanı təmsil edən Anna Skidan mübarizəyə qoşulub.

Çəkicatma növündə mübarizə aparan atlet təsnifat mərhələsində ilk iki cəhdində 69.58 və 69.04 metr nəticə ilə yadda qalıb. Skidan 3-cü cəhdində daha uğurlu çıxış edərək 72.55 metr göstəriciyə nail olub.

Bu nəticə ilə Anna A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutub. Beləliklə, Anna Skidan Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb. Qadınların çəkicatma yarışlarında qaliblər avqustun 6-da müəyyən olunacaq.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM