Milli Olimpiya Komitəsi (MOK) Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı medalların keyfiyyətini itirməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət edəcək.
Bu barədə apasport.az-a açıqlamasında Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev deyib.
Qurum rəsmisi Paris-2024 Yay Olimpiya Oyunlarında medalları korlanan mükafatçıların problemləri barəsində ətraflı araşdırmalar aparıldığını bildirib: "Hələ ki, iki idmançımızın medallarında bu problem aşkarlanıb. Araşdırmaların nəticələrindən sonra məsələ aydınlaşdırılacaq və BOK-a müraciət olunacaq".
Taekvondo yarışlarında ikinci yeri qazanan Qaşım Maqomedovun gümüş, güləş yarışlarında üçüncü yeri tutan Həsrət Cəfərovun isə bürünc medalı keyfiyyətini itirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !