Parisdə böyük terrorun qarşısı alındı

18:15 | 22.04.2015
Parisdə böyük terrorun qarşısı alındı

Parisdə böyük terrorun qarşısı alındı

Fransanın paytaxtı Parisdə kilsələrə silahlı hücum planlaşdırılıb. Bu planı hazırlayan bir şəxsin saxlanıldığı deyilir.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Fransa daxili işlər naziri Bernard Cazeneuve 24 yaşlı komputer ixtisası üzrə təhsil alan tələbənin Parisdəki iki kilsəyə silahlı hücum planladığına dair açıqlama verib. Nazir şübhəli şəxs qismində saxlanılan tələbənin evində və maşınında qanunsuz silahların tapıldığını bildirib. Bununla da o, Fransanın digər Avropa ölkələri kimi böyük bir terror aktı ilə üzbəüz dayandığını ifadə edib.

Artıq fransız mediası saxlanılan şəxsin əlcəzair əsilli olduğunu iddia edib. Mətbuatın yazdığına görə, bazar ertəsi günü yerli saatla 08.50 radələrində Parisin 13-cü bölgəsində bir yaralı olduğu xəbəri ilə bağlı təcili yardım və polis heyəti hadisə yerinə gəlib. Silahla yaralanan şəxs bir gəncin hücumuna məruz qaldığını, çantasının oğurlanmasına cəhd edildiyini, buna mane olanda isə silahla yaralandığını deyib. hücuma məruz qalan şəxs hücum edən şəxsin də yaralandığını deyib. Polis əməkdaşları hadisə yerindən uzaqlaşan qan izləri ilə oğru şəxsin maşınını çatıblar və onun içərisində çox sayda silah aşkarlanıb. 

Fransız mediasının yazdığına görə, şübhəli şəxs qismində saxlanılan tələbənin daha əvvəllər Suriyada döyüşdüyü, onun yenidən Suriyaya getməyə hazırlaşdığını iddia edir.

Faktla bağlı Paris Terrorla Mübarizə İdarəsi tədqiqata başlayıb.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti