Parlament minimum əmək haqqını vergidən azad etməyi təklif edib

16:51 | 10.01.2024
Parlament minimum əmək haqqını vergidən azad etməyi təklif edib

Parlament minimum əmək haqqını vergidən azad etməyi təklif edib

Milli Məclis Azərbaycanda minimum əmək haqqının vergidən azad edilməsi ilə bağlı Vergilər Nazirliyinə təklif ünvanlayıb. Bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib. 
 
"Minimum əmək haqqının vergidən azad edilməsi ilə bağlı təklif vergi məcəlləsinin Milli Məclisin iclasında müzakirəsi zamanı təqdim olunub. Düşünürəm ki, bu istiqamətdə müzakirənin aparılması və vergi məcəlləsinə yenidən baxılması minimum əmək haqqının vergidən azad edilməsinə gətirib çıxara bilər. Milli Məclis bununla bağlı Vergilər Nazirliyinə təkliflərini göndərib", - Bayramov bildirib. 
 
Hazırda Azərbaycanda minimal əmək haqqı 345 manat təşkil edir.
 
Vergilər Nazirliyinin mətbuat katibi Şahin Məmmədov hazırda minimal əmək haqqının 200 manatlıq hissəsi vergidən azaddır. 
 
"Hazırda minimum əmək haqqının 200 manatlıq hissəsi vergidən azaddır. Onun artırılması və 345 manata çatdırılması çox güman ki, təklif edilib",  - o bildirib.  
 
Vüqar Bayramovun sözlərinə görə,  inkişaf etmiş ölkələrdə minumim əmək haqqının bütün hissəsi vergidən azad edilir.  Bu addımın atılması həm minimum əmək haqqı alan,  həm də orta əmək haqqı alan vətəndaşların gəlirlərinin artmasına gətirib çıxaracaq. 
 
Nəzrin Abbaszadə

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM