Minatəmizləyən şəxslər üçün ipoteka kreditlərinin ayrılmasına ehtiyac var. Bunu deputat Vüqar Bayramov deyib.
"Minatəmizləyənlərin işinin riskli olmasını nəzərə alıb onlar üçün güzəştli kreditlərin ayrılmasını təklif edirəm. Bununla yanaşı, onların daha tez pensiyaya çıxmasının təmin olunması onlar üçün stimullaşdırıcı addım ola bilər", - deputat oktyabrın 22-də Milli Məclisdə "Minatəmizləmə haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı bildirib.
Bundan əvvəl Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda minaların təmizlənməsi üçün 30 ildən çox vaxt və 25 milyard dollar lazımdır.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !