Azərbaycan Milli Məclisinin növbəti iclası dekabrın 17-də baş tutacaq.Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, iclasın gündəliyinə 14 məsələ daxil edilib. Bunlar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında”, “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Qrant haqqında” qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklər daxildir. Gündəliyə eyni zamanda Azərbaycan Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi, Koreya və Azərbaycan arasında sürücülük vəsiqəsinin tanınması ilə bağlı sazişin təsdiqi və digər sənədlər daxildir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !