Ötən həftə Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən hündür mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində yaralanan Zahid Mahmudov dünyasını dəyişib.
Bu barədə AzVision.az-a Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov məlumat verib. Onun sözlərinə görə, xəstə dünən axşam saatlarında keçinib.
Qeyd edək ki, yanvarın 27-də Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib. Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !