Paşa Məmmədov: "Ukraynanın bəxti gətirmədi " - MÜSAHİBƏ

17:49 | 16.04.2014
Paşa Məmmədov: "Ukraynanın bəxti gətirmədi " - MÜSAHİBƏ

Paşa Məmmədov: "Ukraynanın bəxti gətirmədi " - MÜSAHİBƏ

"Ümumukrayna Qafqaz Xalqları Konqresinin" təsisçisi, politoloq Paşa Məmmədov  ANNet.az saytına müsahibə verib:- Nə vaxtdan Ukraynada yaşayırsınız və əsas hansı işlə məşğulsunuz?- 2011-ci ildən etibarən Ukraynada, əsasən Kiyevdə yaşayıram. Bundan əvvəl müxtəlif ölkələrdə yaşamışam. Harada yaşamağımdan asılı olmayaraq, çox tez uyğunlaşırdım və ictimai-siyasi proseslərə laqeyd qalmamağa çalışırdım. Bu, təkcə hüquq və dövlət idarəçiliyi üzrə üç ali təhsilimin olması ilə bağlı deyil, həm də ABŞ-da keçirdiyim tələbəlik illəriylə bağlıdır.- Ukraynada kifayət qədər Azərbaycan diasporları işləyir, ancaq görünür sizing fəaliyyət istiqamətiniz azərbaycanlıların birləşməsiylə məhdudlaşmır və Qafqazdan gələn bütün millətlərin nümayəndələrini birləşdirməyə çalışırsınız. Sizin bu istəyinizə nə səbəb olub?- Əsas məsələ kəmiyyət yox, keyfiyyətdir. Siz haqlısınız, bu, güclərin səfərbər edilməsinə qarşı olmayan Qafqaz xalqlarının nümayəndələrini birləşdirmək cəhdidir. Bu cəhdin nə qədər uğurlu olacağını yalnız Tanrı bilir, amma vaxt göstərəcək. Bizim işimiz faydalı nəticəyə yönəlik fəaliyyətdir.Buna təsir göstərən nə oldu? Bir çox məsələlər... Məsələn, nümunə göstərmək olar ki, Azərbaycan Qafqazda ən böyük dövlətdir, Böyük və Kiçik Qafqaz dağ silsiləsinin uzandığı yeganə dövlətdir və Şimalla Cənuba parçalanmamış Qafqazın ən qədim xalqlarından biri kimi vahid Qafqaz cəmiyyəti təşəbbüsüylə çıxış edə bilər və etməlidir.- Ümumukrayna Qafqaz Xalqları Konqresi artıq Ukraynanın müvafiq orqanlarında qeydiyyatdan keçdimi? Sizcə, Ukraynanın başqa Qafqaz diasporalarının nümayəndələri, xüsusən də ermənilər necə yanaşdılar? Onlar Qafqaz xalqları Konqresində hansı formada təmsil olunacaqlar?- Ondan başlayım ki, xüsusən də ictimai təşkilatın qeydiyyat prosesi bir dəqiqəlik iş deyil. Ümumukrayna Qafqaz Xalqları Konqresinin 2 martda təsis edilib, əlbəttə, biz hələ müvafiq orqanlarda qeydiyyatdan keçməmişik. Amma biz artıq qeydiyyata alınmaq üçün müvafiq orqanlara müraciət etmişik və həmin ərizəmiz hazırda baxılma mərhələsindədir.Ukrayna Qafqaz xalqları icması çoxsaylıdır və müxtəlif diasporların nümayəndələrindən hər birinin öz siyasi baxışları, prioritetləri və üstünlük verdikləri nəsnələr var. Amma biz siyasətdən uzağıq və bizim nizamnamədə heç bir siyasi fəaliyyət yoxdur, biz öz səylərimizi ictimai istiqamətdə fokusladıq. Bu fikrə əsaslanıb deyim ki, Qafqaz xalqları müxtəlif diasporaların xoş niyyətlə birləşməsinə qarşı çətin ki, mənfi yanaşsınlar.Ermənilərə gəlincə, Ukraynada bir neçə erməni diasporu işləyir. Yeri gəlmişkən, onlar arasında Krımın erməni icmasını qeyd etməyə dəyər. Bu icma Krımda keçirilmiş referendumu dəstəklədi və Krımın Rusiyaya birləşməsinə səs verməyə çağırdı. Biz, həmçinin, Ukraynanın yeni hakimiyyətində yüksək vəzifələrdə təmsil olunan erməniləri də qeyd etməliyik. Bizim imkanlarımızla onların imkanlarını müqayisə edərək anlayırıq ki, bizim yeni təşkilatımız çətin ki, ermənilərə maraqlı olsun. Amma nə vaxt ki, biz, Qafqaz xalqlarının birləşməsi nəticəsində, başqaları üçün əhəmiyyətli olacağıq, bax, onda layiqli alternativ lobbi kimi Qafqaz xalqlarının adından danışa biləcəyik.- Ukraynanın bugünkü siyasi durumunu necə qiymətləndirə bilərsiniz?- Təxminən Azərbaycanda 90-cı illərin əvvəllərində olan hadisələrə bənzər vəziyyət yaranıb. Azərbaycan anarxiyayla, separatizmin yayılması, qarşısı alınmaz silahlı birləşmələrin mövcudluğu, Dağlıq Qarabağın və ona bitişik ərazilərin işğalı, milləti öz ətrafında birləşdirə biləcək liderin yoxluğu ilə qarşılaşdı. 1993-cü ilin ortalarında Azərbaycanın sükanı arxasına Heydər Əliyevin keçməsində bəxtimiz gətirdi. İnamla deyə bilərəm ki, məhz H.Əliyevin sayəsində biz öz dövlət müstəqilliyimizi və millət olaraq haqqımızı qoruya bildik.Bu mənada Ukraynanın bəxti gətirmədi...Separatizmin istənilən təzahürlərini kökündən kəsmək və bununla mübarizə aparmaq lazımdır. Həmçinin nəzərə almaq lazımdır ki, separatizm ona bəhanə vermədikdə, öz-özlüyündə görünmür. Buna görə də şərlə amansız davranmaq və mübarizə aparmaq lazımdır.- Ukraynada iqtisadi vəziyyət necədir? Məişət səviyyəsində böhran hiss edilirmi - maaşların və sosial ödəmələrin ləngiməsi, mağazaların boş rəfləri və s., belə şeylər müşahidə edilirmi?- İqtisadi vəziyyət dəhşətlidir. Xəzinə boşdur, keçmiş hakimiyyət özündən sonra milyardlarla borc qoyub. Yeni hökumət çalışır. Kiyev və bütün Ukrayna, sabitliyə tərəf hərəkət edir, amma yeni hakimiyyətin qarşısında duran vəzifələr mürəkkəbdir.Məişət səviyyəsində isə böhran hiss edilmir. Mağazalar məhsullarla doludur, bütün ödəmələr vaxtında yerinə yetirilir.Həmid HəmidovANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM