Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyətini yüksək qiymətləndirir. Bu barədə baş nazir Avropa İttifaqına üzv ölkələrin Ermənistanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərini, Aİ nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqosu qəbul edərkən deyib.
Bir neçə gün öncə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Bakı və İrəvan arasında danışıqlar prosesinin heç də bütün iştirakçıları Aİ-nin Ermənistandakı missiyasının genişləndirilməsi faktını alqışlamırlar.
Aİ-nin uzunmüddətli missiyası 2023-cü il fevralın 20-dən 2 il müddətinə Ermənistanda yerləşib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyanın 209 nəfərə (əvvəlki 138 əvəzinə) genişləndiriləcəyini elan edib. Ermənistan hökuməti son iclasların birində Aİ-nin müşahidəçi statusunu təsdiqləyərək, praktiki olaraq onu diplomatik statusa bərabərləşdirib.
Avropa İttifaqının (Aİ) məlumatında deyilir ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.
Gülnar

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !