Paşinyan Azərbaycana sadələşdirilmiş gömrük prosedurları təklif edib

15:25 | 24.10.2024
Paşinyan Azərbaycana sadələşdirilmiş gömrük prosedurları təklif edib

Paşinyan Azərbaycana sadələşdirilmiş gömrük prosedurları təklif edib

Qazanda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli görüş keçirilir.


Ermənistan baş nazirinin bildirdiyinə görə, İrəvan Bakı ilə Naxçıvanla əlaqə üçün sərhəd və gömrük nəzarətinin sadələşdirilən prosedurları üçün mexanizmlər təklif edib, həmçinin sülh müqaviləsi imzalamağı təklif edib.


Onun sözlərinə görə, Bakı ilə sülh müqaviləsinin layihəsi ən azı 80-90% razılaşdırılıb.

 

Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycan sülhün təməli üçün bütün əsas məsələləri müzakirə edərək orta məxrəcə gəliblər.

 

Kazanda BRICS XVI sammiti çərçivəsində Outreach/BRICS+ formatında ilk plenar iclas keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir.

Plenar iclasda ölkələr Kazan şəhərindəki dəyirmi masada əlifba sırası ilə yerləşdirilib. Beləliklə, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı əyləşib. Onlar masa arxasında əyləşəndə, iclas başlamazdan əvvəl bir neçə cümlə ilə fikir mübadiləsi aparıblar.

Sammitin ev sahibi qismində iclası Rusiya Prezidenti Vladimir Putin açıb.

Outreach/BRICS+ genişlənmiş formatdır və yalnız BRICS ölkələri ilə məhdudlaşmır.

 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM