Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Ermənistanı COP29-a dəvət etməsinə avqusta keçiriləcək mətbuat konfrasında cavab verəcək. Bu barədə Ermənistan mətbuatı yazıb.
Hazırda Nikol Paşinyan məzuniyyətdədir və avqusta mətbuat üçün mətbuat konfransı keçirəcək.
"Baş nazir Nikol Paşinyan məzuniyyətdən sonra avqustda keçiriləcək mətbuat konfransında Azərbaycanın COP29-a dəvəti ilə bağlı dəvəti ilə bağlı qərarını açıqlayacaq”, - Ermənistan Nazirlər Kabinetinin Hraparak nəşrinin sorğusuna cavabında bildirilib.
Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı, COP-29-da iştirak etmək üçün Ermənistana rəsmi dəvət göndərib. Azərbaycan Prezidentinin Xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev bildirib ki, rəsmi dəvəti foruma sədrlik edəcək Azərbaycanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Muxtar Babayev göndərib. Dəvət Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana ünvanlanıb.
Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib. Bunu Azərbaycan prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev deyib.
O, dəvətin İrəvana göndərildiyini bildirib.
Dəvət hələ də rəsmi diplomatik əlaqələri olmayan Bakı ilə İrəvan arasında illərdir davam edən münaqişəyə son qoymaq məqsədi daşıyan sülh prosesi fonunda verilib.
"Muxtar Babayev (COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib. Biz rəsmi dəvət göndərmişik. Mən ilk dəfədir ki, bu barədə xarici mediaya danışıram”, - deyə Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, bu məktubun iki ölkə arasında rəsmi diplomatik əlaqələrin olmadığı bir vaxtda göndərilməsi Azərbaycanın "xoş niyyətli” və "inklüziv yanaşma”nın göstəricisidir.
COP29 qlobal səydir və mühüm danışıqlar "Ermənistan və Azərbaycandan kənara çıxır”.
"İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır", - Hacıyev bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !