Paşinyan Azərbaycanın "müharibə niyyəti olması" ilə ittiham edib

16:15 | 15.02.2024
Paşinyan Azərbaycanın

Paşinyan Azərbaycanın "müharibə niyyəti olması" ilə ittiham edib

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın hərəkətlərini "genişmiqyaslı hərbi təcavüz" kimi qiymətləndirməklə  ittiham edib. Bu barədə baş nazir hökumətin iclasında çıxışı zamanı deyib. 
 
"Sərhəddə baş vern toqquşamalar bakının "siyasətinin nəticəsidir". 4 hərbçimiz həlak olub. Hesab edirəm ki, Azərbaycanın hərəkətləri "genişmiqyaslı hərbi təcavüzə” başlamaq niyyətindən xəbər verir. Bakı sərhəddin bəzi hissəslərində "hərbi əməliyyatlara" başlamaq, sonra Ermənistana qarşı "genişmiqyaslı müharibəyə çevirmək istəyir", o hökumətin iclasında bildirib. 
 
Bir gün əvvəl Azərbaycan Prezdienti İlham Əliyev Milli Məclisdə andiçmə zamanı söyləyib ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur. 
 
"Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür", - Prezident nitqində qeyd edib. 
 
Milli Məclisin Beynəlxalq Məsələlə üzrə Komissiyasının üzvü Elman Nəsirov hesab edir ki, Paşinyan yenə öz havasında çıxışlar edir. 
 
"Bir yandan sülhdən danışır, bir yandan beynəlxalq ictimaiəti çaşdırır. Bununla paralel olaraq Azərbaycanla sərhəddə atəşkəsi pozur. Bundan əvvəl Paşinyan müsahibələrində də deyib ki, guya Azərbaycan sülh olmasa müharibə yolu ilə Ermənistanı işğal etmək niyyətindədir. Guya biz irimiqyaslı hücuma hazırlaşırıq", - deputat vurğulayıb. 
 
Nəsirov söyləyir ki, Ermənistan bu cür addımlarla həm sülh müqaviləsindən yayınır, həm də öz himəyadarlarından silah-sursat almaq üçün vaxt qazanır. 
 
Politoloq Azər Qasımlının fikrincə Ermənistan bu cür çıxışlarla sadəcə dünya ictimaiətinin diqqətində qalmağa çalışır. 
 
"Sərhəddə Avropa monitorinq missiyası var. Onlar hər şeyi görürlər. ABŞ və Avropanın da hər yerdə kəşfiyyatı var. Paşinyan sadəcə beynəlxalq ictimaiəti çaşdırmağa çalışır. Məqsədi sərhəddə toquşmanın olmaması ilə bağlı ola bilər. Ermənistan başa düşür ki, bu Rusiyanın bir ssnearisidir və sadəcə Rusiyanın adını indiki halda çəkə bilmir. Əgər biz Rusiyanın provokasiyasiyasına uyğun hərəkət etsək Ermənistan ərazisinə cəhd etmək istəsək, bu halda ciddi problemlərlə, saksiyalarla qarşılaşa bilərik. Bu elə bir sanksiyalar ola bilər ki, bizi tamamilə və ya daha çox sıradan çıxara bilər. Nəzərə almalıyıq ki, bizim büdcənin çoxu neft və qazdan asılıdır", - politoloq əlavə edib. 
 
Fevralın 12-də  Dövlət Sərhəd Xidmətinin əməkdaşı Zəngilan istiqamətində Ermənistan Silahı Qüvvələrinin atəşə tutması nəticəsində yaralanıb. Daha sonra hər iki ölkənin sərhəd bölgəsində vəziyyətin gərginləşməsi baş verib. Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin öldüyünü açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi Tovuz istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulmasını təsdiq edib.  

2023-cü ilin payızında keçirilən antiterror əməliyyatından sonra bu Qarabağ regionunda tərəflər arasında yaşanan ilk gərginlikdir.

Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM