Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 13-də Bişkekdə keçiriləcək iclasda iştirak etməkdən imtina edib. Bu barədə Qırğıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 13-də MDB-yə üzv dövlətlərin Başçıları Şurasının iclasının keçirilməsi planlaşdırılır.
"Prezident Sadır Japarov Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Ermənistanın baş naziri təəssüflə bəyan edib ki, bir sıra şərtlərə görə o, Şuranın iclasında iştirak edə bilməyəcək", - məlumatda deyilir.
Oktyabrın 9-da Ermənistan xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcəyini açıqlayıb.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini açıqlamışdı ki, Oktyabrın 12-də Azərbaycan Ermənistan vəə Rusiya xarici işlər nazirlərinin Bişkekdə keçirilən samittdə üçtərəfli görüşü keçirilə bilər.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !